Cinealliance şirkəti birgə layihələrin həyata keçirilməsində müxtəlif əməkdaşlıqlar da qurur. Şirkətin bu zamana qədər ərsəyə gətirdiyi layihələr sırasında xarici partnyorlarla ko-prodakşn layihələri də var.
Ko-prodakşn ilk növbədə layihələrin maliyyələşdirilməsi baxımından əlverişlidir. Xüsusən, xarici şirkətlər üçün yerli komanda ilə çalışmaq büdcəyə əhəmiyyətli dərəcədə qənaət deməkdir. Digər tərəfdən isə, əməkdaşlığın yeni işgüzar əlaqələrin yaradılması, tərəflərin təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının öyrənilməsi kimi üstünlükləri var.
Ko-prodakşnlar üçün Cinealliace çəkiliş qurpu və avadanlıq təmin etməklə yanaşı, dizayner, kastinq və məkan meneceri və qrupun digər yaradıcı üzvləri ilə də dəstək olur. Çəkiliş icazələrinin alınması və yerli aktyor və mütəxəssislərin layihəyə cəlb olunması, müasir və geniş seçimdə avadanlıq, yaşıl və mavi xromokey fonlarla təmin olunmuş çəkiliş studiyası və səsyazma studiyası da təklif olunur.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytın “Xidmətlər” bölümünə daxil olun.

 

Azerbaijan Film Co-Production