Cinealliance keyfiyyətli video istehsalı üçün lazım olan bütün texniki imkanlara malikdir.

Çəkiliş meydançasında işıqlandırma və çəkiliş avadanlıqları ilə yanaşı, yaşıl və göy xromokey fonları da sizin sərəncamınıza verilir. Təqdim etdiyimiz səsyazma studiyası istənilən keyfiyyətdə musiqi kompozisiyaları yazmaq, film dublyajını həyata keçirmək, tammetrajlı film səsləndirmək üçün bütün avadanlıqlarla təchiz olunub. Həmçinin redaktə, kompozisiya, 2D və 3D animasiya, hərəkətli qrafika və rəng korreksiyası və s. işlər müasir avadanlıqlarla bacarıqlı mütəxəssislər tərəfindən həyata keçirilir.

Ofisimizdə konfrans zalları, iş kabinetləri, telefon, internet və digər ofis avadanlıqları var.  Zəruri hallarda müştərilərə də kompüter verilə bilər.