İstehsal

Çəkiliş prosesi film istehsalının ən vacib və məsuliyyətli hissəsidir. Artıq 14 ildir fəaliyyət göstərən Cinealliance çəkiliş qrupu peşəkarlıq və operativliyi, səmərəli və yaradıcı işləməyi özünün ən vacib xüsusiyyətlərinə çevirmiş, komanda ruhunu inkişaf etdirmişdir. Cinealliance-da çəkiliş prosesinə film istehsalının müxtəlif istiqamətləri üzrə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərin də cəlb edilməsi mümkündür.

Film çəkilişləri

Cinealliance-ın 35 mm və 16 mm kino lentlərdə çəkilişlərin həyata keçirilmək imkanları vardır. Peşəkarlardan ibarət komandamız operatorların bütün ideyalarını həyata keçirməkdə də sizə yardım edəcəklər.

Nəqliyyat

Avadanlıqların çəkiliş meydançasına çatdırılması ilə yanaşı, şirkətimiz elektrik generatoru qurulmuş avtomobillər- Lichtwagen, Camerwagen, döyüş səhnələri üçün xüsusi aksessuarlar, avto fəndlər üçün avtopodkat, avtoplatformalar da təklif edir.

Yardımçı avadanlıq

Çəkiliş prosesində professional kino, tele-qurğulardan, işıq avadanlıqları, reflektorlar, steadicam və s. istifadə olunur.

Havadan çəkilişlər

Vertolyotla çəkiliş üçün xüsusi qurğu (gravitsapa), 10 metrlik, antivibrasiya başlıqlı  kran havadan çəkilişlərin aparılmasına imkan verir.

Cinealliance  yaradıcılıq və peşəkarlığını davamlı olaraq texniki imkanları ilə gücləndirir. Belə ki, müştərilərə müasir işıqlandırma avadanlıqları, kameralar, dolli və kranlar təklif olunur. Çəkilişlərdə  ARRİ Alexa, Red Epik, Phanton HD GOLD kimi kameralardan istifadə edilir. Qeyd edək ki, bu avadanlıqların icarəyə verilməsi də mümkündür.

Leave a Reply

Your email address will not be published.