İstehsala hazırlıq

Film istehsalında ən uzun və vacib mərhələ çəkilişə hazırlıq mərhələsidir. Cinealliance komandasına hazırlıq mərhələsini uğurla başa vuracaq kastinq, location menecerlər, art-direktor, dizayner-rəssamlar daxildir.

Cinealliance öz müştərilərinə rerklam çarxları, qısametrajlı və bədii, sənədli filmlərin, eləcə də televiziya quruluşlu, digər video məhsulların istehsalına hazırlığın yüksək səviyyədə, tez və effektiv təşkili üçün  bütün zəruri xidmətləri təqdim edir. Bizim komandanın professional işi sayəsində siz aktyorların, kostyumların, çəkiliş məkanının seçilməsi, ssenoqrafiya və səhnə dekorasiyasının qurulması kimi bütün çəkiliş qayğılarından azad olacaqsınız.

Çəkiliş qrupu ilə birgə çəkiliş məkanları araşdırılır və çəkiliş planı hazırlanır. Çəkilişdən əvvəl məkan öyrənilir: bütün texnika  sınaqdan keçirilir, sınaq çəkilişlər aparılır, kameraların sərbəst hərəkət imkanları yoxlanılır.Vertolyotla havadan çəkilişlər zamanı təhlükəsizliyə xüsusi diqqət verilir.

Bundan əlavə ofisimizdə işləmək üçün hər cür şərait yaradılmışdır. Komandamız video məhsulların istehsalına hazırlıq zamanı sizə hər cür dəstək verməyə hazırdır.

Leave a Reply

Your email address will not be published.