SHOOTING IN AZERBAIJAN

Doqquz iqlim zonasında yerləşən Azərbaycanın dağ massivləri, çay vadiləri, dəniz sahilləri ilə zəngin təbiəti vardır. Ölkəmizdə qədim Şərq memarlığının və müasir memarlığın vəhdəti mövcuddur. “Bir dünya azdır” (The World Is Not Enough”), “Brilliant əl”, “Dronqo” kimi filmlərin kadrları Azərbaycanda çəkilmişdir. Cinealliance-ın bazasına Azərbaycanın təbiəti və landşaftından tutmuş, müxtəlif şəhər və rayonlar, tarixi binalar, sənaye sahələrinə qədər müxtəlif məkanların şəkilləri daxildir.

Cinealliance çəkiliş məkanının seçilməsi işində də böyük təcrübə yığmışdır. Biz sizə zəngin baza ilə yanaşı məkan seçilməsi üzrə mütəxəssislərimizi təqdim edirik. Cinealliance location menecerləri təbiət, memarlıq, interyer və eksteryerə olan tələblərinizi nəzərə almaqla layihəniz üçün ən uyğun məkanı seçəcəklər. Çəkilişlərin aparılması üçün müxtəlif  lazımi icazələrin alınması da göstərilən xidmətə daxildir.

Leave a Reply

Your email address will not be published.