Haqqımızda

“Cinealliance” şirkəti 1999-cu ildə yaradılmışdır. Fəaliyyətinə reklam çəkilişləri ilə başlayan Cinealliance bu gün  Azərbaycanın ən böyük kino şirkətlərindən biridir.  Cinealliance yaranarkən Azərbaycanda film istehsalı üçün zəruri  çəkiliş texnikasının çatışmazlığı mövcud idi. Buna görə də, ilk günlərdən Cinealliance öz texniki bazasını yeniləməyə və müasir texnika ilə zənginləşdirməyə xüsusi diqqət ayırmışdır. 14 illik fəaliyyəti dövründə Cinealliance unikal prodüsserlik təcrübəsi toplamışdır.

Cinealliance-ın fəaliyyət sahəsinə aşağıdakı növ film və videomaterialların istehsalı daxildir:

  • sənədli filmlər
  • bədii filmlər
  • reklam çarxları
  • korporativ filmlər
  • televiziya filmləri
  • qısametrajlı və tammetrajlı filmlər
Bundan başqa sound-design, 3D animasiya, kompozisiya və vizual effektlərin istehsalı üzrə də xidmətlər göstərilir.

Təklif etdiyimiz xidmətlər sırasına aşağıdakılar daxildir:

  • İstehsala hazırlıq: kastinq, məkanın seçilməsi, kostyumların seçilməsi və səhnə dizaynının qurulması
  • İstehsal
  • İstehsal sonrası mərhələ: redaktə, səsyazma, rəng korreksiyası, dublyaj və s.
  • Keyterinq

Şirkətə məxsus, beynəlxalq standartlara cavab verən, müxtəlif çəkiliş avadanlıqlarının icarəyə götürülməsi də mümkündür. Yerli və xarici mütəxəssislər, komandamızın yaradıcılığı və texniki imkanlarımızla film istehsalının bütün istiqamətlərində, münasib və əlverişli şərtlərlə hər cür xidmət göstərməyə hazırıq.

Leave a Reply

Your email address will not be published.